AMEA prezidentinin qızının milyonları oğurlanıb

Nə baş verib?

  • Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı 1 milyon avrodan artıq nəğd pul və zinət əşyaları yoxa çıxıb.
AMEA prezidentinin qızının milyonları oğurlanıb - İsa Həbibbəyli | illustrasiya: Mikroskop Media
İsa Həbibbəyli | illustrasiya: Mikroskop Media

Necə olub?

  • Məsimova pulu və brilyantları 2024-cü ildə Bakıdan Almaniyaya gətirib. Nürnberqdə yaşayan tanışı F.M. ona seyf açmaqda kömək edib.
  • Bankda iki seyf açılıb: biri Məsimovanın, biri isə F.M.-nin dostunun adına. Əşyalar səhv (və ya məqsədli) şəkildə Məsimovanın deyil, dostun seyfinə qoyulub.
  • Bir neçə ay sonra seyf boş çıxıb, F.M. isə Baltik ölkələrindən birinə qaçıb.

Daha sonra nə baş verib?

  • Məsimova Almaniyada polisə müraciət etməyib, Bakıya qayıdıb.
  • Araşdırmaya görə, o, hadisəni ictimailəşdirənlərdən DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi (“bandotdel”) vasitəsilə qisas almağa çalışıb.


Kontekst

  • Almaniyada bank seyflərinin içindəkilər bank tərəfindən yoxlanılmır.
  • 10 min avrodan çox nağd pul ölkəyə gətirilərkən gömrükdə bəyan edilməlidir.
  • Seyflər adətən 10-40 min avro həcmində sığortalanır, yəni 1 milyon avro dəyərində əmanət qeyri-rəsmi hesab edilir.
  • “Gündəlik Naxçıvan” yazır ki, Məsimova saxta evlilik yolu ilə Almaniyada yaşayış icazəsi alıb və Berlinin Kohlfurter küçəsində mənzilə sahib olub.

Niyə önəmlidir?

  • Bu hadisə həm hakim elitanın maliyyə imkanlarını, həm də Azərbaycan hüquq-mühafizə sisteminin şəxsi maraqlara xidmət etmə potensialını göstərir.
  • “Bandotdel”in adının bu kontekstdə çəkilməsi, inzibati güc strukturlarının xaricdəki ailə qalmaqallarında belə vasitəyə çevrildiyi sualını gündəmə gətirir.

Rəsmi reaksiya

Hadisə ilə bağlı nə AMEA, nə Daxili İşlər Nazirliyi, nə də Almaniya polisi rəsmi açıqlama verməyib.

AMEA prezidentinin qızının milyonları oğurlanıb

Leave A Reply