Şirkət bütün məhsullarının istifadəsinin qadağasına nail olmağa çalışır

“Apple” “Pegasus” proqram təminatçısını işləyib hazırlayan “NSO Group”u məhkəməyə verib. Həmin proqramdan bütün dünyada yüzlərlə siyasətçi, jurnalist və biznesmenin izlənməsi üçün istifadə olunub, RBK şirkətə istinadən yazır.

““Apple” həmçinin öz istifadəçilərindən bundan belə sui-istifadə edilməməsi və onlara zərər gəlməməsi üçün “NSO Group”un onun istənilən proqram təminatçısından, xidmət və ya qurğusundan istifadəsinin qadağasına nail olmağa çalışır”, – press-relizdə deyilir. Şirkət bundan başqa, “NSO Group” tərəfindən “ABŞ federal qanunvericiliyi və ştat qanunvericiliyinin yolverilməz şəkildə pozulduğuna görə” dəyən zərərin ödənilməsini tələb edib.

İddia ərizəsində “NSO Group”un istifadəçilərin qacetlərinə “Pegasus” casus proqram təminatçısının necə tətbiq olunması barədə yeni məlumat yer alıb. Bundan əlavə, orda ForceEntry (şirkən ondan qurğuların virusa yoluxması üçün istifadə edib) haqda yeni məlumatlar var.

“Apple”in xəbərində deyildiyi kimi, “NSO Group” və onun müştəriləri istifadəçinin smartfonuna hücum nəticəsində onun mikrofonuna, kamerasına, həmçinin digər şəxsi məlumatlarına girə bilib. Qurğuya zərərverici məlumatlar ötürmək üçün “Apple” İD-nin identifikatorları yaradılıb. “Bu, qurbanın smartfonuna onun xəbəri olmadan və serveri sındırmadan “Pegasus”u tətbiq etməyə imkan yaradıb”, – “Apple” xəbər verir.

İyulun sonunda dünya üzrə 17 KİV “Pegasus Procest”in tədqiqatının nəticələrini təqdim edib. Bu tədqiqatlar nəticəsində dünyada minlərlə adamın casus “Pegasus” proqram təminatçısının hədəfinə çevrildiyini müəyyən etmək və təsdiqləmək mümkün olub. PT-nı işləyib hazırlayan “NGO Group”un müştəriləri müstəsna olaraq hökumət və xüsusi xidmət olub. Təqib obyektləri isə tez-tez siyasətçilər, jurnalistlər, hüquq müdafiəçiləri və biznesmenlər idi.

Leave A Reply