Keçmiş nazir Azad Rəhimovun oğlu Arif Rəhimov məhkəmədə dindirilə bilər.
Bakıda keçirilən Formula 1 yarışları zamanı 400 min dollardan çox pul oğurlanıb.
İstintaqa əsasən, pulları Arif Rəhimovun işçisi Çingiz Mehdiyev oğurlayıb.
Arif Rəhimov isə istintaqa ifadəsində bildirib ki, işçisinin yeyintisindən, xaricə köçürmələr etməsindən xəbəri olmayıb:
“Dövlət büdcəsidən ayrılmış pul vəsaitinin Çingiz Mehdiyev tərəfindən mənimsənilməsindən, Çingiz Mehdiyevin xarici köçürmələr edərək özünün və qardaşının adına ABŞ-da mülklər almasından qətiyyən xəbərim olmayıb”.
Cinayət işi üzrə araşdırma Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Hakimlər Arif Rəhimovun məhkəmədə dindirilməsinə qərar verəcəklər.