
Bu gün daha bir uşaq ölüb.
Şirvanda 7 yaşlı Röyal Əlyar qızdırmadan qıcolma ilə xəstəxanaya gətirilib, orada da ölüb. 10 gün öncə isə Ağdaşda 2 yaşlı Asif Alışov yüksək temperatur və qıcolmadan ölmüşdü.
UNİCEF deyir ki, Avropada ən çox uşaq ölümü Azərbaycandadır.
BMT-nin Qurumlararası Qrupu (UNICEF, ÜST, Dünya Bankı, Əhali Fondu və s.) 5 yaşadək uşaqların ölümü haqqında statistika açıqlayıb.
Azərbaycan hər 1000 diri doğulan uşağa düşən ölüm sayı ilə Avropada liderdir:
1) Azərbaycan – 19
2) Moldova – 15
3) Türkiyə – 13
4) Ermənistan – 10
5) Gürcüstan – 9