Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən istefa verir.

Beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev yanvar ayının sonuna qədər vəzifəsindən ayrılacağını deyib:
“Mən bircə ilk dəfə vitse-prezident olmağımı xatırlayıram. Ondan sonrakı 7-8 aylıq müddətdə keçirilən iclaslara dəvət olunmamışam. Səbəblər çoxdur, başımı aşağıya salıb məşqimi edəcəm”.
Qeyd edək ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.