Ədalət Şükürov paytaxt yollarından və tıxaclarından danışıb.

O deyib ki, tıxacların əsas səbəbi kiçik yollarda zolaqların çox olmasıdır:

“Tıxacların məhz 70-80%-i o zolaqlara görədir. Mən AYNA-nın idarəetməsindən çox narazıyam. Orda peşəkarlar işləməlidir.

Deyəsən, yaxşı qazanc yeri tapıblar. Əgər onlar bu işi bacarmırlarsa, xarici şirkətlərə müraciət etsinlər. Onlar gəlirlər, burda bir il yaşayıb baxırlar və yolların səmtini dəyişirlər.

Bizdə bunu etmək lazımdır, bacarmırlarsa, çağırsınlar məni, başa salım”.

Leave A Reply