Tovuzda əsgərimiz qızdırmadan ölüb.

Bu məlumat sosial şəbəkələrdə yayılıb.

Hadisənin Tovuz rayonunun Ağdam kəndində baş verdiyi deyilir.

Məlumata görə, əsgər Şirxan Quliyev qızdırma ilə həkimə müraciət edib. Lakin komandir heyəti əsgəri hospitala göndərməyə icazə verməyib.

Tibb məntəqəsində həkimlərin müdaxiləsinə baxmayaraq, əsgər qızdırmadan ölüb.

Əsgərin Sumqayıt sakini, əslən Qubadlıdan olduğu deyilir.

Müdafiə Nazirliyi hadisəylə bağlı heç bir açıqlama verməyib.

Leave A Reply