Avropa ölkələrində həbsdə olan 159 jurnalistdən 30-u Azərbaycandadır.

Bu məlumat Avropa Şurasının “Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi platforması“nın illik hesabatında yer alıb.

Martın 5-də dərc olunan hesabatda bildirilib ki, Azərbaycan həbsdə olan jurnalist sayına görə Avropada Belarusdan sonra ikinci yerdədir.

Ötən il dekabrın 31-dək Avropada 159 jurnalist həbsdə olub.

Onların 44-ü Belarusun, 30-u Azərbaycanın, 29-u Rusiyanın (28-i Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində), 27-si Türkiyənin və 1-i Gürcüstanın payına düşür.

Leave A Reply