Azərbaycan Ordusunun əsgəri vəfat edib.
Əsgər Adil Baxşəliyevin 2024-cü il dekabrın 29-da Kəlbəcərdəki postda xidmət edərkən öldüyü deyilir.
Bu barədə ailənin yaxınları məlumat yayıblar.
Hadisənin üstündən 20 günə yaxın vaxt keçsə də, nə Prokurorluq, nə də Müdafiə Nazirliyi açıqlama yaymayıb.
