Azərbaycan son 30 ilin ən uğursuz nəticəsini əldə edib.

Azərbaycanlı məktəblilər beynəlxalq riyaziyyat olimpiadasında 1 bürünc və 5 həvəsləndirici mükafat qazanmaqla 110-dan çox ölkə arasında 75-ci yeri tutublar.

Bu nəticələr iyulun 21-də Böyük Britaniyanın Bat şəhərində keçirilən 65-ci Beynəlxalq Riyaziyyat Olimpiadasının yekun mərasimində açıqlanıb.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan riyaziyyat fənni üzrə keçirilən beynəlxalq olimpiadada 54-cü yerdə qərarlaşmışdı. Həmin il şagirdlər 1 gümüş, 1 bürünc medal və 4 həvəsləndirici mükafat əldə etmişdilər.

Mənbə: AbzasMedia

Leave A Reply