AzTv, ASAN Xidmət və nazirliklərə kiberhücum edilib
Keçən həftə özünü “Hüseynçilər“ adlandıran xaker qrupu tərəfindən Azərbaycanda hökumətyönlü saytlara kiberhücum edilmişdi.
Cəmi bir həftə sonra yenidən böyük miqyasda kiberhücum edildiyi deyilir.
Bu dəfəki hücumun hədəfi dövlət informasiya ehtiyatlarıdır.
Məlumata görə, artıq bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur.

Saytları çökən qurumlar aşağıdakılardır:
1) AzTv
2) ASAN Xidmət
3) Milli Məclis
4) Daxili İşlər Nazirliyi
5) Xarici İşlər Nazirliyi
6) Müdafiə Nazirliyi
7) Müdafiə Sənayesi Nazirliyi
8 ) Fövqəladə Hallar Nazirliyi
9) Maliyyə Nazirliyi
10) İqtisadiyyat Nazirliyi
11) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
12) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
13) Elm və Təhsil Nazirliyi
14) Ədliyyə Nazirliyi
14) Səhiyyə Nazirliyi
16) Mədəniyyət Nazirliyi
17) Ekologiya və Təbii Sərvətlər Nazirliyi
18) Gənclər və İdman Nazirliyi
19) Kənd Təsərrüfatı Nazirliyi