Azərbaycanda hüquq müdafiəçiləri saxlanılıb.
Xəbərə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsi qeyri-hökumət təşkilatlarına qarşı cinayət işi açıb.

İndiyə olan məlumata görə, Bəşir Süleymanlı (Vətəndaş Hüquqları İnstitutunun rəhbəri), Məmməd Alpay Məmmədzadə (Seçki Müşahidə Alyansının rəhbəri), Hafiz Həsənov (Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri) və Xalid Ağaliyev (Media Hüququ Qrupu İctimai Birliyinin rəhbəri) saxlanılıblar.