Dövlət Komitəsi baba və nənələri eyni olan şəxslərin evliliyinin qadağan edilməsini təklif edir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bu gün keçirilən “Qohum nikahları” ilə bağlı müzakirədə deyib.
O bildirib ki, Azərbaycanda doğulan əlil uşaqların statistikası ürəkaçan deyil:
“Təxminən 70 minə yaxın əlilliyi olan uşaq var”.