Azərsudan şikayət var.
Bizə yazan Azərsu işçiləri bildirir ki, qurumda böyük istismar var.
Şikayətin tam mətni belədir:
“Köhnə Azərsu, yeni adla desək, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ… Özbaşınalıqdır, nə iş saatı var, nə qayda-qanun.

Məsələn, Yasamal Sukanal İdarəsi… İş saatı deyilən şey yoxdur, istədikləri kimi istismar edirlər, iş saatından sonra istədikləri vaxt idarəyə çağırırlar. Kiçik işçilərin heç bir hüququ yoxdur, ağzını açana töhmət. Bayram, bazar işlədirlər. İcazə alana isə “Bundan sonra icazə yoxdur, gününüz yazılmayacaq” deyilir.
Günahsız yerə işçilər çıxarılır. Həm də öz xoşu ilə ərizə yazılmağa məcbur edilir. Ancaq öz yerlilərini yığıblar. Bütün qurumlarda olan maaş artımı da bu quruma aid deyil. İllərdir belədir, rəhbərliyin maaşı artır ancaq. Bir sözlə monarxiya yaranıb bu idarədə, işçiləri istismar edirlər. Abonentlərə belə hər ayın sonu sərfiyyatı artırmaq üçün haqsız cərimələr yazılır”.