Yanvarın 2-də Azərbaycanda 421 adam COVID-19 infeksiyasına yoluxub, 3645 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda indiyədək 219 462 nəfər yeni koronavirus infeksiyasına yoluxub:

“Onlardan 191 925 nəfər müalicə olunaraq sağalıb, 2703 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 27 834 nəfərdir”.

Operativ qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4287, ötən müddətdə isə ümumilikdə 2 204 22 6 testin aparıldığını qeyd edib.
Mənbə: Meydan TV

Leave A Reply