2022-ci ildə Azərbaycanda 15-17 yaş arası 2011 qız ana olub.

Bu barədə Dövlət Statistika Komitəsinin Azərbaycandakı demoqrafiq durumla bağlı 2022-ci ilə dair hesabatında qeyd edilib.

Hesabat göstərir ki, 18 yaşı tamam olmayan qızların ana olması halları 2021-ci illə müqayisədə artıb. Belə ki, 2021-ci ildə yeniyetmə anaların sayı 1650 nəfər olmuşdu.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında bu mövzu müzakirəyə çıxarılıb.

Leave A Reply