“Mədəniyyət naziri söhbəti reşat eliyib”

Bir neçə gün öncə Akademik Milli Dram Teatrının (AzDrama) səhnə arxasında əlbəyaxa dava baş verib.

Dava xalq artisti Əli Nurun etirazına görə yaranıb.

Başqa teatrdan dəvət olunan aktyor və rejissorların çıxışı zamanı Əli Nur onları tənqid edib. Bu zaman mübahisə yaranıb və aktyorlardan biri Əli Nurun üstünə hücum çəkərək, ona yumruq atıb.

Məsələni həll etmək üçün Mədəniyyət naziri Adil Kərimli ötən gün “Azdrama”nın aktyor heyəti ilə görüşüb.

İclas zamanı teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə və direktor İlham Əsgərov dəfələrlə çıxış üçün söz istəsə də, Adil Kərimli onlara söz verməyib. Nazir onlara “sizinlə ayrıca görüşüb, müzakirə edəcəyik” deyib və “Azdrama”nı tərk edib.

Sonra söhbət eliyərik…

Leave A Reply