Həbs edilən Bəxtiyar Hacıyevin evi müsadirə olunub

Meydan Tv-nin məlumatına əsasən, bu gün barəsində 10 il həbs cəzası verilən Bəxtiyar Hacıyevin evi və bank hesabında olan pulu müsadirə edilib.

Azərbaycanda beynəlxalq insan haqları təşkilatlarının siyasi məhbus kimi tanıdığı şəxslərə qarşı özəl əmlakın müsadirəsi halları əvvəllər nadir baş versə də, son zamanlarda artmaqdadır.

Hazırda həbsdə olan jurnalist və hüquq müdafiəçilərinin bəzilərinə məxsus olan avtomobillərə də həbs qoyulub.

Qeyd edək ki, Bəxtiyar Hacıyev qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma ittihamları ilə təqsirləndirilib.

Hacıyev hökmdən əvvəl son sözündə bu ittihamların hamısının saxta, məhkəmənin qərarının isə siyasi sifariş olduğunu bildirib.

Leave A Reply