“Bəzi din xadimləri vahid geyim formasına əməl etmir”
Bunu Allahşükür Paşazadə Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
Allahşükür Paşazadə belə danışıb:
“Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl etməməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır”.