Bahçeli Öcalana təşəkkür edib, onu qurucu lider adlandırıb

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli 26 ildir həbsdə olan PKK lideri Abdullah Öcalana təşəkkür edib:

“PKK-nın qurucu lideri Abdullah Öcalana,

İmralı-DEM Partiyası-Kandil arasında əlaqə və görüşləri həyata keçirən heyətlərə,

DEM Partiyasının həmsədrlərinə, idarəçilərinə və millət vəkillərinə,

Türk ve Kürd qardaşlığına sahib çıxan hər vətən övladına təşəkkür edirəm”.

Devlet Bahçeli PKK-nın silahlı mübarizəni dayandırmasını “sülh və qardaşlıq yolunda tarixi dönüş nöqtəsi” kimi dəyərləndirib.

Türkiyə mətbuatı yazır ki, yaxın aylarda PKK lideri Abdullah Öcalanın həbsdən çıxması gözlənilir.

Leave A Reply