Foto: Hamam Times
“Bakı Metropoliteni” zərərli iş şəraitində çalışan işçiləri üçün 44 730 litr süd alacaq. Bununla bağlı fərdi sahibkar Həsənova Esmira Hadı qızı ilə satınalma müqaviləsi imzalanacaq.
Metropoliten 44 730 litrə görə Esmira Həsənovaya 122 452,85 AZN ödəyəcək. Bu halda südün 1 litri 2 manat 73 qəpiyə düşür. Bazarda inək südünün 1 litri 1 manat 40 qəpik, camış südünün 1 litri isə təxminən 2 manatdır.
Nəzərə alsaq ki, “Bakı Metropoliteni” birdən-birə 44 730 litr süd alır, o zaman qiymət daha ucuz olmalıydı. Qurum bu ilin may ayında Esmira Həsənovadan 41 670 litr süd alıb. O zaman isə bir litri üçün 2.3 azn ödənilib.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur. O, 2014-cü ildən bu vəzifədədir.
Mənbə: Qaynarinfo.az