AZAL-ın Bakı-Qroznı reysi bu ilin may ayında müntəzəm reyslərə başlayıb.

Bu barədə aprel ayının 10-da AZAL-ın rəsmi saytında məlumat verilib.

Bakıdan Çeçenistanın paytaxtına 2024-cü ildə hava reysi açılmasının əsas səbəbi Azərbaycandan bu istiqamətə işlək heç bir transportun olmaması olub.

Quru sərhədlərinin illərdir bağlı qalması qonşu ölkələr də daxil olmaqla, bir neçə əlavə istiqamətə hava reyslərinin açılmasına məcburiyyət yaradıb.

AZAL-ın cəmi 7 ay əvvəl açılan Bakı-Qroznı reysinin qəzaya uğraması quru sərhədlərinin bağlı saxlanılması problemini bir daha ölkə gündəminə gətirib. 

Leave A Reply