Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsində bir neçə binanın və 220 saylı məktəbin əhatəsində yerləşən yaşıllıq ərazisi hasara alınaraq, tikinti işlərinə başlanılıb.

Sakinlərin 102 xidmətinə şikayətindən sonra əraziyə gələn polislər tikintini dayandırıblar.

Tikintiyə aidiyyəti qurumdan icazə verilib-verilmədiyi bilinmir. Qeyri-iş günü olduğu üçün sakinlər yerli icra hakimiyyətindən məlumat ala bilməyiblər. Ərazidə restoran tikintisinin nəzərdə tutulduğu və buna qədər ağacların qurudulduğu deyilir.

Sakinlərin sözlərinə görə, yaxınlıqdakı yeni tikilidə ev alarkən onlara yaşıllıq ərazisində park salınacağı, sakinlərin həmin ərazidə istirahəti üçün şərait yaradılacağı vəd olunub.

Leave A Reply