Tibb Universitetinin tələbələri Türkiyədəki etirazlara dəstək olublar.
Türkiyədə tələbələr universitetlərə qara paltarla getməyə başlayıblar.
Bunun səbəbi 5 gün əvvəl İstanbulda iki gənc qadının vəhşicəsinə qətlə yetirilməsidir.
Türkiyəli dostlarıyla həmrəylik göstərən tələbələr fərqli ölkələrdə oxuduqları universitetlərə qara paltarla getməyə başlayıblar.
Bu həmrəylik aksiyasına Azərbaycan da qoşulub.
Azərbaycan Tibb Universitetinin tələbələri Türkiyədəki tələbələrlə həmrəylik nümayiş etdirmək üçün universitetə qara paltar geyinib gediblər.