“Cənab məmur, insanlar kefindən taksi sürmürdü, bu iş çox ağır işdi”

Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, Bakıda taksilərin sayı 2 dəfə azalıb.

İqtisadçı Natiq Cəfərli isə bu açıqlamanı tənqid edib:

“Sizin fəaliyyətiniz nəticəsində isə 30-35 min insan çörəksiz qaldı, işsizlər ordusuna qoşuldu, qiymətlər 50%-ə yaxın artdı, keyfiyyət isə aşağı düşdü – əvvəl 4-5 dəqiqəyə gələn taksi, indi 20-25 dəqiqəyə gəlir.

Sizin məqsədiniz nədir ki, həm işsizlik yaratdınız, həm qiyməti artırdınız, həm də xidmət keyfiyyətini aşağı çəkdiniz?!”, – iqtisadçı bildirib.

Leave A Reply