İki yüzə yaxın incəsənət adamı İlham Əliyevə müraciət edib
“Bayırşəhər” sökülə bilər!
Bakının tarixi məhəllələrinin sökülmək təhlükəsi ilə üz-üzə olduğu bildirilir.

Yasamal rayonu ərazisində yeni parkın salınması məqsədilə ətraf mühitin abadlaşdırılması və köhnə tikililərin sökülməsi işlərinə başlanılacağı barədə məlumatlar yayılmaqdadır.
Məlumata görə, Nizami, Süleyman Tağızadə, Lev Tolstoy, Mirzə Fətəli Axundzadə, Rza Quliyev, Murtuza Muxtarov, Zərgərpalan, Əlövsət Quliyev, Bəşir Səfəroğlu, Molla Vəli Vidadi, Çingiz Mustafayev, Abdulla Şaiq, Səid Rüstəmov və Nabat Aşurbəyova küçələrinin əhatə etdiyi tarixi məhəllələrin.
Memar Dilqəm İsmayılov Meydan TV-yə deyib ki, həmin ərazilərdə artıq məhəllələrin sökülməsinə və yerli əhalinin köçürülməsinə başlanılıb.
İki yüzə yaxın incəsənət adamı – rəssam, memar, heykəltaraş, bəstəkar məsələ ilə bağlı Prezident Adminstrasiyasına məktub ünvanlayıb, iki əsrdə formalaşmış tarixi məhəllələrin taleyindən narahatıq ifadə olunub.