“O dəfə Zaurun verilişdə biri çıxıb deyir ki, atamı xalamla görmüşəm. Bu nə söhbətdir?! Atamı xalamla, xalamı dayımla görmüşəm, nə bilim, nə?! Bu, nə məsələlərdir?! Evin, ailənin içərisində olan məsələləri efirə çıxarmaqda məqsəd nədir?! Bunu edən adam nə məqsəd güdür?! Ya psixi xəstədir, ya da ki, söz tapa bilmirəm… Elə Zaurun özü də o müğənninin tayıdır. Gedib qadınların yataq otağına girir. Başqa qadının yataq otağına girən kişi elə öz ana-bacısının otağına da girər“

TV kanalları haqda danışan müğənni Akif İslamzadə belə deyib. Onun fikrincə, bu əxlaqsızlıq və mənəviyyatsızlıq bütün dünyada gedən prosesdir.

Foto: google.az

Leave A Reply