Elmin İnkişafı Fondunun direktoru universitetə rəhbərlik edəcək

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

E.Babayev bundan əvvəl Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsini tutub və yeni təyinatla əlaqədar, dövlət başçısının digər bir sərəncamı ilə həmin vəzifədən azad edilib.

Elçin Babayev 1965-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulub.

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Həmçinin AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, “ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsi şöbəsinin rəhbəridir.

19 il BDU-ya rəhbərlik edən Abel Məhərrəmov 2018-ci ilin noyabrın 18-də prezidentin sərəncamı ilə tutduğu vəzifəndən azad olunub.

Noyabr ayından bu günə qədər universitetə təhsil nazirinin müavini Firudin Qurbanov rəhbərlik edirdi.

Leave A Reply