Söyüdlü camaatının etirazından sonra fəaliyyəti dayandırılan qızıl mədəni yenidən işə düşür.
Gədəbəyin Söyüdlü kəndinin camaatı bu ilin iyun ayında burdakı qızıl mədənindən axan çirkab sular üçün ikinci süni göl tikintisinə etiraz olaraq aksiyalar keçirmişdi.
Hökümət isə cavab olaraq kəndə giriş-çıxışı bağlayaraq etiraz edən yerli camaata işkəncə edirdi. Etirazlar zamanı saxlanılan və həbs olunanlar oldu.
Prezident İlham Əliyev isə yerli camaatla polis arasındakı qarşıdurmanı şərh edərkən demişdi ki, kimsənin nazıyla oynamayacağıq:
“Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar”.