Qəzza petisiyası parlamentdə
Britaniyanın “İsrailin Qəzzadakı soyqırımına şərikliyi” ilə bağlı ictimai araşdırma aparılmasını tələb edən petisiya noyabrın 9-da 100 mindən çox imza toplayıb. Parlamentin saytında yerləşdirilən petisiya bu həddə çatdığı üçün deputatlar mövzunu müzakirəyə baxmalıdır.
Petisiyanın təşəbbüsçüsü keçmiş Leyborist lider Ceremi Korbinin qurduğu “Your Party” partiyasının icraiyyə komitəsinin sədri Cennifer Forbsdur. Sənəddə Britaniyanın İsrailin Qəzzadakı əməliyyatlarında iştirakının, o cümlədən silah satışı və tədarükünün, kəşfiyyat təyyarələrinin və Kral Hərbi Hava Qüvvələrinin bazalarından istifadənin araşdırılması tələb olunur. “Bu araşdırma əldə olunmayınca getməyəcəyik. Həqiqəti və ədaləti istəyirik”, - Korbin X-də yazıb.
“Al Jazeera”nın 2024-cü il araşdırmasına görə, Britaniya İsrailə hava körpüsü yaratmaqla hərbi dəstək verib, Britaniya şirkətləri Qəzzanın bombalanmasında işlədilən təyyarələrin hissələrini tədarük edir. İyulda rəhbərliyə gələn Baş nazir Endi Börnem Leyboristlərin İsrail mövqeyində “səhv etdiyini” və bunun “böyük ağrı” yaratdığını qəbul edib.
Britaniyada 100 min imzalıq petisiyalar nadir deyil və parlamentdən yalnız mövzunu müzakirəyə baxmağı tələb edir. “Ahram Online” nəşrinin yazdığına görə, müharibədə Qəzzada 74 600-dən çox fələstinli ölüb.


