Brendə 10,5 il həbs
Britaniyalı komik və aktyor Rassel Brend noyabrın 9-da Londonun Sautvark məhkəməsində 10 il 6 ay həbs cəzası alıb. 51 yaşlı Brend 2004-2009-cu illərdə 21 yaşlı pərəstişkarını zorlamaqda və daha üç qadına cinsi təcavüzdə günahkar bilinib. O, iki digər zorlama və bir təcavüz cəhdi ittihamından bəraət alıb.
Hakim Bennatan Brendə deyib: “Təxminən 20 il əvvəl məşhurlaşırdınız. Bir çoxlarının gözündə ağıllı, gülməli və cazibədar idiniz. Həm də seksual yırtıcıya çevrilmişdiniz”. Hakim onun “hər hansı qadının yox demək hüququna təsadüfi, təkəbbürlü etinasızlıq” göstərdiyini bildirib. O, Brendin məhkəmədə “bir sıra yalanlar” söylədiyini də vurğulayıb.
Zorlanan qadın məhkəməyə təqdim etdiyi ifadədə “hələ də baş verənlərin travması ilə yaşayıram” deyib. Hakim zərərçəkənlərin cəsarətini alqışlayıb: “Bu qadınların hamısı yalan danışdıqları və ya həqiqəti təhrif etdikləri deyilməsi ilə üzləşməli oldu, bunların hamısı sizin göstərişinizlə edildi”.
Dörd həftə davam edən məhkəmə prosesi başa çatıb. Hökm oxunanda Brend ifadəsiz görünüb, həyat yoldaşına “yaxşı olacağıq” deyib. London Metropolitan polisi hökmdən sonra Brendin daha iki zorlama iddiası üzrə araşdırıldığını açıqlayıb.


