🧠 “Türk xalqı qədər cahil toplum yoxdur” deyən Cəlal Şengör həbs oluna bilər.

⚖️ İstanbulun Beykoz rayon prokurorluğu tanınmış geoloq Cəlal Şengör barəsində 2 ilə qədər həbs cəzası tələb edən iddianamə hazırlayıb.
O, “Türk millətini ictimai təhqir” maddəsi ilə ittiham olunur.
⚠️ Bildirilir ki, prokurorluğun iddiasına səbəb onun bu sözləri olub:
“Türkiyə dünyada sivilizasiyadan ən ibtidai bir ölkədir. Mən bunu görmüşəm. Türk xalqı qədər cahil, əxlaq anlayışından məhrum bir toplum yoxdur. Bu gün bir Anadolu türkünün orta IQ göstəricisi 86-dır. Normal insanın IQ-su isə 90-dır”.
İstintaq zamanı ifadə verən Şengör bildirib ki, bu sözləri təhqir məqsədi ilə deyil, elmi məlumatlara əsaslanaraq söyləyib.
Sizcə, Celal Şengör haqlıdır?