Camış balasına görə 100 manat subsidiya veriləcək.
Bu məsələ İlham Əliyevin imzaladığı fərmanla kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına edilən dəyişiklikdə əksini tapıb.
Heyvan subsidiyası hər bir sağlam balağa (camış balasına) görə 100 (yüz) manat məbləğində müəyyən edilib.
Fermerlər isə deyir ki, 100 manatdan subsidiya olmaz, uzağı muştuluq ola bilər.