Jurnalist Elnarə Qasımova dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb.

Ona qarşı “Abzas Media”nın digər əməkdaşları ilə eyni maddə (qrup halında qaçaqmalçılıq) üzrə ittiham irəli sürülüb.

Daha əvvəl “Abzas Media”nın 5 əməkdaşı – direktor, direktor müavini, baş redaktor, reportyor və araşdırmaçı həbs ediliblər.

Onlara qarşı qrup halında qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri, xüsusən də “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Leave A Reply