16 noyabr tarixində Azərbaycan millisi İsveçi Bakıda 3:0 hesabı ilə məğlub edib.
Yığmamızın baş məşqçisi Canni De Byazi millimizin üçüncü qolunu köməkçisi Arif Əsədova təpik vuraraq qeyd edib.
Byazi həmin anı belə şərh edib:
Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincli idim”.
Əsədovun açıqlaması isə belə oldu:
“O hal sevincdən idi. Bizim öz aramızda yaxşı münasibətlərimiz var. De Byazinin etdiyi sevinc hissindən doğan jesti idi. Təpik demək olmaz, sadəcə baş məşqçinin içindən gələn sevinc idi. Pozitiv baxmaq lazımdır. Yenə deyirəm, o, sevinc göstərisidir və əvəzetmələrin uğurlu alınmasına görə idi”.

Leave A Reply