“Hamımız “uşaqpulu” ilə böyümüşük, çalışacağıq ki, onu yenidən versinlər”

Millət vəkili Vahid Əhmədov “Azərbaycanda uşaqpulu verilməlidirmi?” sualına belə cavab verib:

“Biz əksər deputatlar olaraq, “uşaqpulu”nun verilməsinin tərəfdarıyıq. Çalışacağıq ki, verilsin. Çünki müəyyən müavinətlər var ki, uşaqların analarına çatmır. Amma “uşaqpulu” elədir ki, üç uşağın varsa, hərəsinə müəyyən edilmiş məbləğ verilir. Biz hamımız “uşaqpulu” ilə böyümüşük. Valideynlərimiz gözləyirdilər ki, “uşaqpulu” nə vaxt veriləcək? Bu, çox vacib məsələdir, amma çoxları bunu başa düşmür. Deyirlər ki, 600 min adam uşaq müavinəti alır. Hələ bilmək olmaz ki, pul onlara çatır, ya yox… Çalışacağıq ki, “uşaqpulu” yenidən verilsin”.

Leave A Reply