Dilənçiliyə görə cəza
Azərbaycanda dilənçiliklə məşğul olma artıq ayrıca inzibati xəta kimi tənzimlənəcək.
Bu barədə Milli Məclisin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Yeni cəzalar belə olacaq:
- Dilənçiliklə məşğul olan şəxslərə – xəbərdarlıq və ya 100 manatdan 200 manatadək cərimə tətbiq olunacaq. Bu tədbirlər kifayət etmədikdə isə 10 günədək inzibati həbs cəzası verilə bilər.
- Yetkinlik yaşına çatmayan şəxsi dilənçiliyə cəlb edənlərə — 200 manatdan 500 manatadək cərimə və ya işin hallarından asılı olaraq inzibati həbs nəzərdə tutulur.
İndiyədək dilənçilik “avaralıqla məşğul olma” maddəsi ilə cəzalandırılırdı. Yeni dəyişikliklə dilənçilik ayrıca maddə kimi təsbit edilərək cəza mexanizmi sərtləşdirilib.
Qanunun məqsədinin küçələrdə dilənçiliyin qarşısını almaq, xüsusilə uşaqların dilənçiliyə cəlb olunmasının qarşısını daha effektiv şəkildə almaq olduğu deyilir.
Dilənçiliyə görə cəza