Tərbiyə məqsədi ilə uşaq döymək

Azərbaycanda tərbiyə etmək məqsədi ilə uşağa qarşı fiziki və ya psixoloji zorakılıq göstərən valideynlər və müəllimlər 200 manatadək inzibati cərimə ilə üzləşəcək.

Bu dəyişiklik İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni 525-1-ci maddədə əksini tapıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, aşağıdakılar cərimə olunacaq:

  • Valideynlər (və ya onları əvəz edən şəxslər);
  • Uşaqlara nəzarət edən təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri (müəllimlər daxil olmaqla).

Cərimə yalnız bu əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq olunacaq.

Məqsəd uşaq hüquqlarının daha effektiv qorunması və uşaqlara qarşı hər hansı formada cismani cəzanın qarşısının alınmasıdır. “Uşaq hüquqları haqqında” qanuna görə də uşaqlara qarşı psixi və fiziki zorakılıq qadağandır.

Bu dəyişiklik uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.

Uşaq tərbiyəsində alternativ, zorakılıqsız üsulların təşviqi istiqamətində də maarifləndirmə işlərinin aparılacağı gözlənilir.

Tərbiyə məqsədi ilə uşaq döymək

Leave A Reply