
🐦 📚 😮 “Direktor bizə hinduşkabaş deyir” – Müəllim
Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktordan şikayət edirlər.
Müəllimlər deyir ki, direktor tərəfindən təhqir, təhdid edilirlər:
“Bizi valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir. Məktəbdə dərslər pulla satılır, direktor isə onlayn məktəbi idarə edir”.
Şikayətçi müəllimlər bildirirlər ki, Elm və Təhsil Nazirliyinə dəfələrlə şikayət olunsa da, heç bir araşdırılma aparılmayıb.
Oxuduğunuz məktəbdə direktor şagird və müəllimlərə necə münasibət göstərirdi?