DQR rəhbərləri barədə hökm

Bakı Hərbi Məhkəməsi bu gün keçmiş separatçı Dağlıq Qarabağ (Artsax) rəhbərləri barədə hökm çıxarıb. 5 nəfər ömürlük həbs, digərləri isə 15-20 il arası azadlıqdan məhrum edilmə cəzası alıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində ittiham olunanların hamısı öz müdafiə hüquqlarından yararlanıb, hökm ictimaiyyətə açıq elan olunub.

Kimlər nə qədər cəza aldı?

Tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti Arayik Harutyunyan, keçmiş hərbi rəhbər Levon Mnatsakanyan, parlament sədri Davit İşxanyan, xarici işlər naziri David Babayan və general David Manukyan ömürlük azadlıqdan məhrum ediliblər.

Onlar sülh və insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri də daxil olmaqla çoxsaylı ağır ittihamlardan təqsirli biliniblər.

Keçmiş prezidentlər Arkadi Qukasyan (1997-2007) və Bako Sahakyan (2007-2020) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Onlara qarşı ittihamlar ömürlük cəza nəzərdə tutsa da, Azərbaycan qanunvericiliyinə görə 65 yaşını keçdikləri üçün ömürlük həbs cəzası 20 illik həbs cəzası ilə əvəz olunub.

Tanınmamış rejimin digər təqsirləndirilən nümayəndələrinə də uzunmüddətli həbs cəzaları verilib.

Separatçı silahlı dəstələrin keçmiş üzvləri Madat BabayanMelikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit AllahverdiyanLevon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen StepanyanErik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihamlar nə idi?

İttiham olunanların hamısı 20-dən çox maddə ilə günahkar bilinib. Onlara təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması və aparılması, soyqırımı törətmə, müharibə qanunlarını və adətlərini pozma kimi sülh və insanlıq əleyhinə cinayətlər ittiham olunub.

Bu maddələr Birinci və İkinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki əhaliyə qarşı kütləvi zorakılıq və qətliam faktlarını əhatə edir.

Keçmiş separatçı rəhbərlər eyni zamanda terror törətmək və terrorçuluğu maliyyələşdirmək, hakimiyyəti zorla ələ keçirmə və saxlamaqanunsuz silahlı birləşmələr yaratma maddələri ilə də təqsirli biliniblər.

Məhkəmənin hökmündə göstərilib ki, onlar Azərbaycan dövlətinə qarşı silahlı fəaliyyətlər təşkil edərək konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd ediblər.

İttiham aktına Qarabağ münaqişəsi boyunca törədilmiş ən ağır cinayətlər daxil edilib. Bunlar sırasında Xocalı soyqırımı da var – məhkəmə zamanı təqsirləndirilən Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımda iştirak etdiyini etiraf edib.

Məhz bu kimi əməllərə görə ona 19 il həbs cəzası verilib. Ümumən, bütün təqsirləndirilənlər müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və digər ağır maddələrlə məhkum olunublar.

Xatırlatma: həbslər necə baş verdi?

Qarabağdakı separatçı rejimin təslim olmasından sonra Azərbaycan hüquq-mühafizə orqanları bu şəxsləri saxlayıb.

27 sentyabr 2023-cü ildə keçmiş dövlət naziri Ruben Vardanyan, Qarabağ ordusunun komandanı Levon Mnatsakanyan və general Davit Manukyan Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycandan çıxmağa çalışarkən saxlanılıb.

Həmçinin, Qarabağın keçmiş xarici işlər naziri Davit Babayan 28 sentyabr 2023-cü ildə könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

oktyabr 2023-cü il tarixində Azərbaycan xüsusi xidmət orqanları Qarabağın üç keçmiş prezidentini – Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan və parlament sədri Davit İşxanyanı Qarabağda saxlayaraq Bakıya gətirib.

Onlar dövlətə qarşı separatçı qurum yaratmaq və müharibə cinayətləri törətmək ittihamları ilə rəsmi həbs olunublar.

Azərbaycan hakimiyyəti Qarabağdakı separatçı quruluşda vəzifə tutmağı cinayət hesab edir və xüsusilə birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı mülki şəxslərə qarşı qanlı cinayətlərdə rol oynayan şəxsləri məsuliyyətə cəlb edir.

Bu həbslər beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən diqqətlə izlənilib. Bəzi qurumlar məhkəmə prosesinin ədalətliliyinə şübhə etdiklərini bildirsələr də, rəsmi Bakı bu prosesin Azərbaycanın qanunları çərçivəsində və şəffaf keçirildiyini bəyan edir.

Məhkəmə bir il – yanvar 2025-dən fevral 2026-dək davam edib və çıxarılan hökm ilə yekunlaşıb.

DQR rəhbərləri barədə hökm

Leave A Reply