“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun məhkəmə prosesi yekunlaşıb.

Hökmə əsasən, işçi haqları fəalı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Möhyəddin Orucov külli miqdarda narkotik saxlama, daşıma – satış ilə ittiham olunurdu. Məhkəmə onu narkotik ittihamı ilə təqsirli bilsə də, onun üzərindən satışla bağlı ittihamı götürüb.

Möhyəddin Orucov isə işlədiyi Transformator zavodunda işçilərin əmək hüquqlarının pozulması ilə əlaqədar dövlət qurumlarına etdiyi müraciətlərə görə rəhbərliyin sifarişi ilə polis tərəfindən şərləndiyini bildirib.

Leave A Reply