
Özü isə 2020-ci ildə vəzifədən uzaqlaşdırılıb. Aradan 18 il keçib, 18 il!
Sizcə, 18 il gözləmək üçün biraz çox deyil?
Məsələn, Emin Ağalarova, Mir Yusifə, Röyaya xalq artisti adı vermək üçün heç gözləməmişdilər.
Əbülfəs Qarayevin açıqlaması belə olub:
“Aygün Bəylərə Xalq artisti adının verilməsinə gəldikdə, hər şeyin qanunu və vaxtı var. Mən ona hansı adı verməliydim ki? Ona Əməkdar artist adı verilmişdi, Xalq artisti adının verilməsi üçün müəyyən vaxt keçməliydi. Bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir. Onun da yəqin ki, hansısa səbəbləri olub.”