Millinin üzvü Əfran İsmayılov deyib ki, Azərbaycan yığmasına Pep Qvardiola da gəlsə, nəticə olmayacaq:

“Qvardiola da gəlsə, inanmıram ki, nəticə əldə etsin. Azərbaycan futbolu həmin inkişaf dərəcəsinə gəlib çatmayıb ki, kimləsə mübarizə aparsın. Hansı məşqçi gəlsə də, hara gəldiyini və hansı komandanı idarə edəcəyini bilir. Bizim hansı komandayla başabaş mübarizə aparacağımızı da yaxşı bilir.

İnkişafda olan komandalar var. Lixtenşteyn olsun, Lüksemburq olsun, irəli doğru addımlar atıblar. Bizdə də gözlə görünən inkişaf var. Amma yenə də ortada bir nəticə yoxdur. Problemin hardan qaynaqlandığını isə deyə bilmərəm”.

Leave A Reply