Elgün İbrahimovun qətli örtbas edilir?

Hökumətə yaxın media kanalları yazır ki, Gəncədə ölən Elgün İbrahimov “qətlə yetirilməyib, intihar edib”.

Bu barədə rəsmi açıqlama verilməsə da, hökumətyönlü media artıq məsələni belə təqdim edir:

“Bir neçə gündür sosial şəbəkələrdə döyülərək öldürüldüyü iddia edilən 18 yaşlı Gəncə sakini Elgün İbrahimovun özünü binadan ataraq, intihar etdiyi bildirilir.

Uşaq içkiyə meyilli olub, ailəsində də problemlər var imiş. Qohumları hadisədən xəbərdar olsa da başqa cür təqdim ediblər”.

Leave A Reply