Yazıçı və tərcüməçi Əlisa Nicat yerli mediaya müsahibə verib

O, Səməd Vurğun haqda da danışıb:

“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular. Sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni“ adı vururdular. Çünki Moskvadan verilən “planı“ doldurmaq lazım idi. Yoxsa, Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb.
 
“Bütün yer üzünün xoş gələcəyi
 Hər zövqü, səfası partiyamızdır“. – bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar.
 
Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov xilas etdi. Qoymadı onu sürgün etsinlər.“

Leave A Reply