Bölgə futbolu birinci yerdə!
Premyer liqanın ilk yarısında keçirilən 90 oyunu ümumilikdə 134 min azarkeş izləyib.
Ev matçlarına toplaşan tamaşaçı sayı baxımından “Turan Tovuz” hamını qabaqlayır.
Tovuzda baş tutan 9 oyuna 38900 nəfər gəlib. Bu siyahıda ikinci yeri “Neftçi” tutur. Ancaq tovuzlularla bakılılar arasında iki dəfədən çox fərq var.
1. “Turan Tovuz” (9 oyun) – 38900
2. “Neftçi” (9 oyun) – 17196
3. “Qarabağ” (10 oyun) – 14418
Mövsümün ilk yarısında ən çox tamaşaçı “Turan Tovuz” – “Qarabağ” oyununda olub. X tur çərçivəsində Tovuz şəhər stadionunda keçirilən görüşə 6000 tamaşaçı toplaşıb. Bu da hələlik mövsümün rekordudur.