“Həmas terror təşkilatı deyil”

Türkiyə prezidenti R.T.Erdoğan belə deyib.

O bildirib ki, Həmas “öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan azadlıq və mücahidlər qrupudur”.

Erdoğan İsrailə səslənib: “Ey İsrail, sən təşkilat ola bilərsən, çünki Qərbin sənə çox borcu var, amma Türkiyənin sənə heç bir borcu yoxdur”.

İsrailin uşaqları öldürdüyünü deyən Ərdoğan, “Biz bu uşaqların öldürülməsinə, parçalanmasına əsla icazə verə bilmərik, çünki insanlıqdan payımızı almışıq” deyə bildirib:

“Davosda o zamankı baş nazirlərinə demişdim. Siz öldürməyi çox yaxşı bilirsiniz demişdim”.

Leave A Reply