Erməni müğənni “Turanın səsi” müsabiqəsinin qalibi oldu.
Qazaxıstanın Türküstan şəhərində keçirilən beynəlxalq mahnı festivalında Ermənistanı təmsil edən Suzanna Melkonyan “Turanın səsi” musiqi müsabiqəsinin qalibi olub.
Təşkilatçılar deyirlər ki, festivalın əsas məqsədi qazax bəstəkarların əsərlərini dünyaya tanıtdırmaqdır.
Festivala Gürcüstan, Azərbaycan, Türkiyə, İndoneziya, İspaniya, Kuba, Venesuela, Qırğızıstan, Özbəkistan, Rusiya, Belarus, Kipr, Bolqarıstan və Kosovodan olan musiqiçilər qatılıb.