Ermənistan parlamenti
Oktyabrın 29-da Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Taron Çaxoyanla müxalif deputat Narek Karapetyan arasında mübahisə başlayıb.
Parlament sədrinin müavini Ruben Rubinyan buna belə reaksiya verib: “Xüsusi fasilə elan etmirəm ki, hamı bunu görsün. İclas bu şəkildə davam edəcək, qoy hamı görsün”.
Bundan sonra mübahisə əlbəyaxa davaya çevrilib. Deputatlar bir-birinə yumruq və təpiklə zərbə endirib, onlardan biri yerə yıxılıb. Hadisədən sonra parlamentdə fasilə elan edilib.


