Xalq artisti
Xalq artisti Zaur Rzayev müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.
APA xəbər verir ki, bu barədə məlumatı sənətçinin oğlu verib. Xalq artistinin səhhəti oktyabrın 14-də pisləşmiş və o, xəstəxanaya yerləşdirilmişdi.
Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. O, Asəf Zeynallı adına Musiqi Texnikumunda, ardınca isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
Müxtəlif musiqi kollektivlərində solist kimi çıxış edən sənətçi 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.
Müğənni 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.


